"Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”.
Xəbər verdiyimiz kimi, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir pul yığımının əvvəllər də mövcud olduğunu söyləyib.
Mynews.az azxeber.com-a istinadla Nazirin məktəb illəri ilə bağlı kiçik bir araşdırma aparıb.
Emin Əmrullayev 1982-ci ildə anadan olub. O, altı yaşında - 1988-ci ildə orta məktəbə gedib və Bakının Yasamal rayonunda yerləşən Fizika,Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-cuildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Nazirin məktəb illərindəki təhsilinin böyük hissəsi mərhum nazir Lidiya Rəsulovanın ( 1993 – 1997) dönəminə təsadüf edir.

Lidiya Rəsulova
Emin Əmrullayevin təhsil həyatının yalnız 2 ilə yaxın dönəmi eks-nazir Misir Mərdanovun (1998 – 2013) zamanına düşür.
Nazirin "mən məktəbdə oxuyanda da belə idi” iddiasına cavab tapmaq üçün keçmiş nazirlərlə əlaqə saxlamağa cəhd edib. Lidiya Rəsulovanın vəfat etdiyini nəzərə alsaq, yalnız sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlaya bildik.
O, əvvəlki dövrdə məktəblərdə rüşvətin olub-olmaması ilə bağlı sullara cavab vermək istəmədiyini bildirdi. Misir Mərdanov "o nazirdir, mən də oturmuşam işimdə” fikirləri ilə kifayətləndi: "Mən danışsam, hərə bir söz deyib hallandıracaq. O nazirdir, mən də oturmuşam işimdə”.
Eks nazir son olaraq "canı sağ olsun” deməklə kifayətləndi: "Mənim nəyimə lazımdır, canı sağ olsun”.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub