Qanlı Yanvar faciəsindən bu gün artıq 32 il ötür. 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Bu münasibətlə Naftalanda Anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın əziz xatirəsi böyük ehtiramla yad edilib, Şəhidlərin xatirəsinə məşəl yandırılıb, matəm musiqisi səsləndirilib.
Tədbirdə ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Şəhidlərimizin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Naftalan şəhərində də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub, dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.





1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub