İşğaldan azad edilən ərazilərin dirçəldilməsi həm də gənclər üçün yeni iş yerlərinin açılması deməkdir. Çünki müasir üslubda yaradılan infrastruktur məhz onların fəaliyyəti ilə tamamlanacaq.
Mynews.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov "Xəzər Xəbər"ə deyib.
O bildirib ki, gənclərin bu ərazilərdə işlə təmin olunması dövlətin prioritet məsələlərindəndir. Hazırda Şuşada bir neçə otel və iaşə obyektləri, o cümlədən ayrı-ayrı strukturlarda gənclər işlə təmin olunub. Həmçinin Füzuli Beynəlxalq Hava Limanında çalışanların da böyük əksəriyyəti gənclərdir. Növbəti mərhələdə gənclər üçün bu imkan işğaldan azad olunan digər rayonlarda da yaradılacaq.
Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə gənclərin könüllülük fəaliyyəti də çox geniş vüsət alıb. Demək olar ki, əksər dövlət qurumlarında könüllülər üçün geniş imkanlar yaradılıb. Bu isə yeni gənc nəslin daha mükəmməl yetişməsinə öz töhvəsini verməklə yanaşı, onların dünyaya fərqli aspektdən yanaşmasını təmin edir.
Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında Ağdam, Şuşa, Cəbrayıl, Füzuli və Zəngilan rayonları üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir.
Qeyd edək ki, internetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.