12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır.
Mynews.az xəbər verir ki, Şövkət Məmmədova "Xəzər Xəbər"ə müraciət edərək bildirib ki, uşağa bu dərmanı verəndən sonra uşağın halı pisləşib və öyüməyə başlayıb.
Bu zaman uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb. Sahə həkimi də bu faktı təsdiqləyib.
12 yaşlı epilepsiya xəstəsi olan Şəhla Ağazadənin nənəsi Şövkət Məmmədova iddia edir ki, nəvəsi üçün adlığı dərman saxtadır. Onun sözlərinə görə, nə az nə çox, düz 9 ildir bu dərmanı istifadə etsələr də, saxta olduğunu yeni müşahidə ediblər. Uşağa dərmanı verdikdən bir neçə saat sonra dərman bədəndə ərimədən olduğu kimi ifraz olunduğunu görüb.
Şövkət Məmmədova deyir ki, sahə üzrə təyin olunmuş həkimin köməyi olmasaydı, körpənin durumu daha ağır ola bilərdi. Sözügedən həkim Nadejda Kazımova isə bildirdi ki, uşağa verilən dərman əslində rezin olub.
Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin rəhbəri ilə əlaqə saxladıq. "Xəzər Xəbər"ə bildirildi ki, dərman bütün rəsmi nəzarət proseslərindən keçib.
Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb araşdırılacaq.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub