İrəvanda keçirilən Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak edən azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda Göy məsciddə olub.
Mynews.az xəbər verir ki, bu barədə Tahir Mirkişili "Facebook” hesabında məlumat verib.
Deputat qeyd edib ki, inanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər:
"Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.
İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub