Ötən ilin sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb.
Mynews.az xəbər evrir ki, bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "BakıKart” terminallarının yığışdırılması barədə suala cavab olaraq bildirib.
O bildirib ki, hazırda dayanacaqlardan kənarda da "BakıKart”ın balansını artımaq imkanı yaradılıb:
"Əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn” və 50 ədəd "BakıKart” terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn” terminalları "BakıKart” ödənişlərini qəbul edir. Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. "MilliÖn” terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart” balansınızı da artıra bilərsiniz. Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox "MilliÖn” var, bu, artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, "BakıKart”ın balansını artırmaq üçün hansısa avtobus dayanacaq məntəqəsində terminal axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan "MilliÖn” terminalları ilə edə bilərlər”, - o qeyd edib. (Axar.az)
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub