"Təhsil naziri Emin Əmrullayev əmri ilə təsdiqlənən "Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir".
Mynews.az xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, hər dəfə yenilənən proqram əvvəlkinin qüvvədən düşməsi anlamına gəlir:
"Bu ümumilikdə uşaq bağçalarında kurikulumun ləğv edilməsi demək deyil, sadəcə bunun yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması anlamına gəlir. Uşaq bağçalarında təhsil komponenti qayğı komponenti qədər vacibdir. Bəzən anlaşılmazlıq yaranır ki, 1 yaşlı körpələr tədrisə necə cəlb oluna bilər?! Qeyd edim ki, uşaq bağçalarında bütün öyrənmə fəaliyyətləri oyunlar vasitəsilə həyata keçirilir".
Vəfa Yaqublu əlavə edib ki, əvvəlki proqramdan fərqli olaraq yeniliklər də olub:
"Misal olaraq, yeni proqramda inkişaf sahələri dəqiqləşdirilib, uşaqlara hər yaş üzrə veriləcək vacib bacarıqların standartları müəyyənləşdirilib. Təsdiqlənən yeni proqram universal olduğu üçün həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələri üçün keçərlidir" - o deyib.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub