Hesablama Palatasının üzvlərinin təminatları dəyişir.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Hesablama Palatası” haqqında qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.
Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. 34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Layihəyə əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub