Daha bir erkən nikahın qarşısı alınıb. Sosial şəbəkələrdə Goranboyda azyaşlı qızın evləndirilməsi xəbərləri yayıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçiblər...
Mynews.az xəbər verir ki yeniyetmə qızın anası Məleykə Əhmədova "Xəzər Xəbər"ə açıqlamasında 4 gün əvvəl nişan mərasiminin keçirildiyini etiraf edib.
Onun sözlərinə görə, oğlan tərəfi tezliklə toy edib qızı aparmaq istəyib, ancaq qız tərəfi buna razı olmayıb.
Oğlan tərəfinin isə rayonun Yeni Yol kəndində yaşadığı bildirilir. Sosial şəbəkələrdə toyun iyunun 27-də keçiriləcəyi qeyd olunurdu. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra erkən nikahın qarşısı alınıb.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva bildirib ki, toy mərasiminin qarşısı alınsa da, hazırda aidiyyəti qurumlar tərəfindən həmin ailələr nəzarətdə saxlanır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub