Teleaparıcı Zaur Kamala həmişəlik efir qadağası qoyulması haqda tələblər səslənir.
Bu ictimai tələb "Həmin Zaur” proqramının ötəngünkü buraxılışında Zaur Kamalın iranlı müğənni Afşin Azərini canlı efirdən qovmasından sonra başlayıb.
Həmin görüntüləri izləyən cəmiyyətin tanınmış simaları hazırda sosial şəbəkələrdə teleaparıcının dəfələrlə canlı efirdə efir qaydalarına uyğun olmayan hərəkətlər etdiyini əsas gətirərək ona efir qadağasının qoyulmasını, Azərbaycan teleməkanından uzaqlaşdırılmasını tələb edirlər. Hətta onun həmkarları da bu tələbi səsləndirir.
Bildirək ki, ötən gün baş verən hadisə zamanı Zaur Kamal efirdən əvvəl Afşin Azəri ilə aralarında olan söhbəti canlı yayımda səsləndirib. Müğənni isə "iki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar" cavabı verib. Sosial şəbəkə istifadəçiləri bunu iranlı müğənninin teleaparıcıya kişilik dərsi keçməsi kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı bu saata qədər hələlik Zaur Kamalın çalışdığı ARB telekanalından hər hansı açıqlama verilməyib. Telekanal rəhbərliyinin bu ictimai tələbə hansı reaksiya verəcəyi maraqla gözlənilir.
///"Yeni Sabah”
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub