Xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti dəyişdirilib.
Mynews.az oxu.az-a istinadla məlumatına görə, "Aİ-98” super markalı benzinin qiyməti 2,30 AZN təşkil edir.
"SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib:
"Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin payına düşür.
Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.
Qeyd edək ki, ötən gün Azərbaycanda "Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. Belə ki, "Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub