“Nar” Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılğı ilə Şamaxıda baş tutan və 250-yə yaxın Azərbaycan Könüllüsünün iştirak etdiyi “Yay Fest 2022” düşərgəsinə qatılıb. Artıq üçüncü dəfədir həyata keçirilən festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.
“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Özəl sektorlarda könüllülük fəaliyyətinin dəstəklənməsi” mövzusunda panel görüşdə iştirak edib. Düşərgənin 4-cü günündə baş tutan interaktiv görüş çərçivəsində "Nar"ın AKTİ ilə əməkdaşlığına əsasən könüllülər üçün yaradılmış fürsətlər barədə ətraflı məlumat verilib, iştirakçıların təklif və sualları dinlənilib.
Qeyd edək ki, gənclərin təhsil və kariyera inkişafını hər zaman dəstəkləyən “Nar” bir müddətdir ki, AKTİ ilə memorandum imzalayıb. Memoranduma əsasən, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, “Nar”ın xüsusi yaratdığı tarif əsasında könüllülər arasında mobil zənglər pulsuzdur.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1139 dəfə oxunub
2
Prezident tarixi sənədi imzaladı – VIDEO
1109 dəfə oxunub
3
"Fənərbağça"dan "Qarabağ"ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
1053 dəfə oxunub
4
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1027 dəfə oxunub
5
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1008 dəfə oxunub