xezerxeber.az-a istinadən bildirir ki, Balaxanı qəsəbəsindən Zabrat yoluna keçən hissəsində işıqfor elə yerə qoyulub ki, sürücülər çaşbaş düşür. Belə ki yolun ortasında olan işıqforun hansı istiqamətə gedənlərə aid olduğu bilinmir. Əslində qanunla bu yolun sağ hissəsindən hərəkət edən sürücülərə işıqforun aidiyyatı yoxdur. Buna baxmayaraq işıqforu gözləməyən sürücülər cərimələnirlər.
Bu yolda hərəkət edən sürücülər ya qanunları bilmədiyindən gözləyirlər, ya da cərimələnməkdən çəkinirlər. Baxmayaraq ki, təhlükəsizlik adacığında olan işıqforun sağ tərəflə hərəkət edən sürücülərə heçbir aidiyyatı yoxdu, amma onlar yenə də yaşıl işığı gözləyirlər.
Çəkiliş apardığımız müddətdə müşahidə elədik ki,sürücülərin demək olar ki, hamısı işıqforun qırmızı işığında dayanır. Baxmayaraq ki həmin yolda olan stop nişanı onlara icazə verir ki, solu gözləyib rahat keçsinlər. Sürücülər isə işıqforun qırmızı işığını gözləməyib keçəndə cərimələndiklərini deyirlər.
Yol hərəkəti üzrə ekspert ərşad Hüseynov isə deyir ki,yolun həmin hissəsində işıqforun qırmızı işığında keçdiyinə görə heçkim sürücün cərimələyə bilməz ,çünki işıqfor yolun sol tərəfinə aiddir.
Ekspertin fikrincə problemi aradan qaldırmaq üçün həmin yola əlavə yol ver nişanı qoyulmalı ya da işıqforun yerini dəyişərək sağ tərəfə keçirməklə hər iki hissəyə aid edilməlidir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub