Sosial şəbəkələrdə Azərbaycan Ordusuna aid avtomobil karvanının görüntüləri yayılıb. Bəzi istifadəçilər videoya diqqətlə baxdıqda hərbi maşınların üzərində “Z” işarəsinin görüldüyü iddia ediblər.
Mynews.az Sfera.az-a istinadla məlumatına görə, bununla bağlı hərbi ekspert Ədalət Verdiyev araşdırma apardığını deyib. O xatırladıb ki, Azərbaycan Ordusunun həm hava, həm də quru qoşun növləri qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib:

“Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub - texnikaların üstünə və yanlarına. Fotolardan göründüyü kimi, adi “Z”dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib”.
Ekspert qeyd edib ki, hərbiçilərimizin istifadə etdiyi simvollar heç bir ideoloji məna daşımır:

“Bu, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək-dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq”.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub