“Nar” 2-ci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlar zamanı zərərçəkmiş məktəblərə dəstək məqsədilə birinci sinif şagirdlərinin görüşünə gedib. Füzuli və Ağdamda ümumilikdə beş tam orta məktəb olmaqla, “birinci”lərə mobil operator tərəfindən bütün dərs ləvazimatları hədiyyə edilib.
“Nar” artıq bir neçə ildir ki, korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir. Məqsəd bölgələrdə təhsil alan şagirdlərin ailələrinə dəstək olmaq və şagirdlərə dərslərində daha da uğurlu olmaları üçün stimul verməkdir.
“Nar”ın KSM strategiyası çərçivəsində həyata keçirdiyi digər layihələri ilə www.nar.az/projects/ səhifəsindən tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub