Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-dən etibarən "Tiktok" sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Səbəb ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yalnış fikir formalaşdırmaq məqsədi daşıyan məlumatların yayılması olub.
Ötən gün "Tiktok" sosial şəbəkəsindən istifadə ilə bağlı yeniliyin olması deyilsə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu təkzib edib.
Qurumdan Mynews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə "TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
Bəzi istifadəçilər üçün aylıq qazanc mənbəyinə çevrilən "TikTok”un bir müddətdir bağlı qalması həm dəstəklənir, həm də etirazla qarşılanır. Lakin istənilən halda azyaşlıların bu şəbəkədən nəzarətsiz istifadəsi böyük narahatlıq yaradır. Sosioloq Rəşad Əsgərov AZTV-yə bildirib ki, platformanın ən mənfi cəhəti dezinformasiyaların yayılmasıdır:
"Bəzi konkret qaydalar tətbiq olunmadığından azyaşlı uşaqlar və məktəblilər də "Tiktok"dan istifadə edir. Sosial şəbəkələrə girişin qarşısını almaq üçün qanunvericiliklə məhdudlaşdırılmalıdır. Eyni zamanda yaş məhdudiyyətini özündə əks etdirən pasport və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat gündəmə gəlməlidir".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub