Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs saxlanılıb.
Mynews.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.
Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib .
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub