Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Mynews.az Report-a istinadla cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.
Belə ki, bu ilin on ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. 2022-ci il başlayandan bəri bu ad 1647 uşağa qoyulub.
Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1543 uşağa Əli, 1452 uşağa Hüseyn, 1359 uşağa Yusif, 1040 uşağa Məhəmməd, 900 uşağa Raul, 896 uşağa Ömər, 856 uşağa Murad, 703 uşağa Adəm və 664 uşağa isə Tunar adı verilib.
Həmçinin bu ilin on ayı ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. 2022-ci il başlayandan bəri bu ad 1504 uşağa qoyulub.
Bundan əlavə, 1248 uşağa Aylin, 1218 uşağa Zeynəb, 1214 uşağa Məryəm, 1043 uşağa Fatimə, 1013 uşağa Nilay, 982 uşağa Mələk, 830 uşağa Ayla, 815 uşağa İnci və 788 uşağa Nuray adı verilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub