“Nar” SABAH qrupları layihəsi çərçivəsində 1000-ə yaxın komandanın iştirak etdiyi SABAH Bilik yarışmasının təşkilinə dəstək olub. Layihənin əsas məqsədi istedadlı tələbələrin daha da stimullaşdırılması və elmi-yaradıcı təşəbbüslərinin artırılmasına töhfə verməkdir.
Qeyd edək ki, SABAH Bilik yarışmasında 200 komanda məhz “Nar”ın dəstəyi ilə keçirilmiş mühəndislik üzrə Bilik Yarışmasının iştirakçısı olub. Yarışmanın final mərhələsində iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov elm və təhsilin təşviqinə yönəlmiş layihələrin vacibliyini vurğulayıb: “Əminəm ki, intellektual yarışlar gənclərin gələcək inkişafında əvəzsiz rol oynayır. Məhz buna görə də, “Nar” bu cür intellektual yarışların keçirilməsinə hər zaman dəstək olur ”.
Elm və təhsilə marağın artırılması istiqamətində davamlı təşəbbüşlər edən “Nar”ın sosial layihələri ilə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub