Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Sabirabad rayonunda “Erkən evlilik və şüphəli nikahlara qarşı gənclərin maarifləndirilməsi” layihəsi həyata keçirildi.
Azərbaycanda boşanma hallarının sayı çoxalıb. Bu hal hər qurulan 10 ailədən ikisinin başına gəlir. Bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər sırasında birinci yerdə məhz boşanmalar dayanır. Statistika göstərir ki, son illərdə nikaha girənlərin 20 faizi boşanır. Boşanmaların əksəriyyəti isə tələsib ailə quranlar və tanımadan evlilik xatirinə bu addımları atanlardır. Layihənin əsas məqsədi evlilik yaşına gələn gənc xanımlar ilə layihə boyu aparacağımız iş sonrası onların ailə və cəmiyyət basqısına qarşı daha möhkəm olmasına zəmin yaratmaqdır.
Layihədə 4 təlim həyata keçirilmişdir və ümumi 240 nəfər gənc maarifləndirilmişdir.
1-ci və 2-ci təlimlər Sabirabad rayon Sosial-İqtisadi kollecində həyata keçirilmişdir. 3-cü təlim Nəriman Nərimanov adına 2 saylı “Təbiət və Texniki fənlər” üzrə tam təmayüllü məktəb-lisey kompleksində, son yəni 4-cü təlim isə Mirzə Ələkbər Sabir adına 1 saylı orta məktəbdə həyata keçirildi.
Gənclərimiz bizim parlaq gələcəyimizdir. Onlar sağlam düşüncə ilə böyüməli və özlərindən sonra böyüyən gəncliyə də sağlam düşüncə aşılamalıdır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub