Gəncədə yaşayan bir tələbənin valideynləri 10 il əvvəl ayrılıblar. 4 il öncə isə rəsmi şəkildə boşanıblar. 10 ildir ki, ata qızına heç bir qayğı göstərmir. Qız da pulsuz təhsil imtiyazından yararlanmaq üçün atasından imtina etmək istəyir.
Bəs görəsən qanunvericiliyə əsasən o, atasından imtina edə bilərmi? Yaxud da həmin tələbə hansı halda pulsuz təhsil ala bilər?
10 ildir ki, atasının üzünü görmür. Təhsil haqqından azad olmaq üçün də atasından imtina etmək istəyir. Gəncədə yaşayan və Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsi olan Züleyxa Əliyevanın valideynləri 10 il əvvəl ayrılıblar. 4 il öncə isə rəsmi şəkildə boşanıblar. Elə o vaxtdan ata ailə üçün heç bir qayğı göstərməyib. Tələbənin anasının sözlərinə görə, kemiş ailə başçısı heç alimenti də ödəməyib.
Züleyxa Əliyeva 1-ci kursda bütün qiymətləri əla olduğu üçün təhsil haqqından azad olunub. Bu il isə anasının 2-ci qrup əlil olması ilə bağlı imtiyazadan yararlanmaq istəyir.
Ailə bildirir ki, ata onsuz da 10 ildir ki, ortalıqda yoxdur. Övladına da heç bir qayğı göstərmir. Heç olmasa atalıq hüquqndan məhrum olsa, Züleyxa pulsuz təhsil ala bilər. Bu səbəbdən məhkəməyə də müraciət ediblər.
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər ata öz vəzifələrini yerinə yetirmirsə övlad ondan imtina edə bilər. Hüquqşünas deyir ki, hazırki vəziyyətdə də Züleyxa Əliyeva pulsuz təhsil imtiyazından yararlana bilər.
Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır.