Azərbaycanda yanvar ayının pensiya ödənişinin verilməsində gecikmə müşahidə olunur.
Mynews.az gecikmənin səbəbini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.
O yanvar ayının pensiyasının 2-3 gün ərzində ödəniləcəyini bildirib:
"Prezidentin sərəncamı ilə ötən il pensiyaçılara ödənilən maddi yardım bu il pensiyaların üzərinə gəlinir. Yəni, bu il də ötən il olduğu kimi pensiyaçılara verilən maddi yardım aylıq məbləğin üzərinə gəlinir və bölünərək hər aya düşən hissə pensiyaya əlavə edilir.
Dövlət Sosial Müdafiə Fondu bu hesablamaları yekunlaşdırmaq üzrədir. Yaxın 2-3 gün ərzində ödənişlər həyata keçiriləcək".
Fazil Talıbov artımların nə zaman veriləcəyi ilə bağlı bunları deyib:
"Növbəti mərhələdə Statistika Komitəsinin elan edəcəyi 2023-ci il üzrə orta aylıq əmək haqqı tempi-faizi əsasında pensiyalar indeksləşdiriləcək. O faiz elan olunduqdan sonra yaranmış məbləğ indeksasiya olunacaq və yanvar ayının artımı ilə birlikdə fevral ayının pensiyasında ödəniləcək".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub