Xuraman Əlizadə: “Mədəkiçiltmədən sonra normal qidalana bilmirdi”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ötən gün səhər saatlarında vəfat edib.
Mynews.az xəbər verir ki, hazırda Heydər məscidində aktrisa ilə vida mərasimi keçirilir. Mərasimdə Tünzalənin ailə üzvləri yaxınları və sənət dostları iştirak edir.
Vida mərasiminə qatılanlardan biri də aktrisanın həmkarı Xuraman Əlizadə olub.
O, oğlu Əlinin Tünzalənin ölümünə çox pis olduğunu deyib:
"Biz Tünzalə ilə çox yaxın idik. Uşaqlarımız da çox yaxın dost idilər. Mənim oğlum Əli Tünzaləni soruşur. Dedim Tünzaləni Allah apardı, o da əsəbiləşir, deyir niyə elə etdi? Mən də ona başa salıram ki, Tünzalə xala artıq Cənnətdədir, mələkdir. Ondan sonra bir az özünə gəldi. Dedi onda Zəhranı tez-tez görərik, onunla dostluğumuz davam edər”.
Xuraman Əlizadə Tünzalənin mədəkiçilmə əməliyyatından da söz açıb:
"Düşünürəm ki, Tünzalənin bu xəstəliyə yoluxmasında mədəkiçiltmə əməliyyatının da öz rolu olub. Bəlkə də ondan əvvəl olub və ya ondan sonra olub. Məncə, mədəkiçiltmədən sonra normal qidalanmaq lazım idi, lakin Tünzalə yaxşı qidalana bilmirdi. Nəsə yeyəndə mədəsinə toxunurdu, özünü pis hiss edirdi. Mən ona bir dəfə sual verdim ki, "bilsən ki, bu xəstəliyə yaxalanacaqsan, yenə əməliyyat etdirərdin?” dedi ki, "hə”.
O, bəlkə də öz səhhəti üçün, ya da görünüşünü sevmədiyi üçün bu əməliyyatı etdirdi, ancaq çox təəssüf. Mən onu dəhşət çox istəyirdim. Allah rəhmət eləsin!”
Cəmiyyət
- Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya
- Ev almaq istəyənlərin diqqətinə! - Nazirlik bu mənzillərin onlayn satışına başladı
- Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir - - FOTOLAR - VİDEO
- Xuraman Əlizadə: “Mədəkiçiltmədən sonra normal qidalana bilmirdi”
- Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım - "Başıma oyun açardı" - VİDEO
- Bakıda uşaq evində nələr baş verir? - Səs yazısı yayıldı - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xuraman Əlizadə: “Mədəkiçiltmədən sonra normal qidalana bilmirdi” 1033 dəfə oxunub
- Ev almaq istəyənlərin diqqətinə! - Nazirlik bu mənzillərin onlayn satışına başladı 1020 dəfə oxunub
- “Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir 1011 dəfə oxunub
- Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir - - FOTOLAR - VİDEO 1008 dəfə oxunub
- Bu gündən məktəblilərin qış tətili başlayır 591 dəfə oxunub