Xankəndi-Laçın yolundakı aksiya 60 gündür davam edir - etirazçıların fəallığı yüksəkdir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altmış gündür davam edir.
Mynews.az xəbər verir ki, Report-un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda qar yağmasına baxmayaraq, onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Cəmiyyət
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə...
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib
- Azərbaycanlı rəssam faciəvi şəkildə öldü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 1012 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 1003 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 965 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 594 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 580 dəfə oxunub