"Caliber” hərbi dairələrdəki mənbələrindən Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna, dünən toqquşmaların baş verdiyi yerə (Xankəndi-Xəlfəli-Turşsu) dolama qrunt yolu ilə silah, sursat və yanacağın daşınmasına dair videosübut əldə edib.
Daşınma gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə nəqliyyat vasitələri Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən isə yenə Xankəndidən Ermənistana doğru hərəkət var.
Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin, həmçinin mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin təhlükəsizliyinə zəmanəti öhdəsinə götürüb.
Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir və Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə təchiz etməkdə davam edir ki, bunun nəticəsində dünən hərbçilərimiz həlak olublar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub