Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib.
Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.
Mynews.az xəbər verir ki, özünü təşkilatçılardan biri kimi təqdim edən Sədaqət adlı xanım məsələ ilə bağlı "globalinfo.az”a bildirib ki, bunu insanların müraciətləri əsasında qərarlaşdırıblar:
"Bizdə əsasən Bakı daxilində olan ziyarətlər həyata keçirilir. Artıq özümüzə borc bilirik ki, bizi dini baxımdan yetim qoyan hacının da qəbrini ziyarət edək.
Onun şəxsiyyətinə böyük hörmətimiz var. Bunun üçün əlavə ödəniş də tələb edilmir, qiymət də eyni saxlanılır. Bəzi insanlar özləri bizə müraciət etdilər ki, ziyarətlərin siyahısına hacının məzarını da daxil edək. Buna qeyri-adi şəkildə yanaşılmasını, böyüdülməsini istəmərik”.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub