“Araz" və "OBA Market"in qəbzlərinə niyə ƏDV vurmaq mümkün deyil? - AÇIQLAMA

Bir çox vətəndaşlar "Araz" və Oba Market"lərdə alış-veriş zamanı onlara verilən çeklərdə fiskal İD-nin olmamasını və ya bəzi hallarda isə bu kodun oxuna bilməməsindən şikayət edirlər. İddiaya görə, mağazalarının bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün müştərilər ƏDV-dən yararlana bilmirlər.
Sosial şəbəkədə şikayətini işıqlandıran Haldun Novruzzadə adlı vətəndaş bildirir ki, bu cür problemlərə bir çox mağazalarda rast gəlmək mümkündür:
"Araz” Supermarketlər şəbəkəsi və ona bağlı olan "OBA” Marketlər Yeni Günəşlidə olan bütün marketlərində təzə fırıldaqçılığa əl atıblar. Qəbzləri çap edən printerlərə nə olubsa, nə ƏDV vurmaq olur, nə də Fiskal kodu yaza bilmək. Məhz o hissə çapda düşmür”, - deyə vətəndaş paylaşımında bildirib.
Daha bir oxşar şikayət də jurnalist Adəm Abbaslı tərəfindən "Oba” Marketlər şəbəkəsi ilə bağlı olub:
"OBA-nın Obamızdakı mağazasından aldığım "Satış Çeki"nin ƏDV-sini bununla neçənci dəfədir ki, yükləyə bilmirəm. Çünki üzərindəki QR kod o qədər bulanıq və zədəli olur ki, smartfon oxuya bilmir. Sual edə bilərsiniz ki, "əl ilə yüklə" şansı da var, niyə ondan istifadə etmirsən? Vallah OBA o şansıma da tüpürüb. Çek çap edən kassa aparatı elə bir gündə çap edir ki, çekləri - bulanıq və boz. Oxumaq mümkün deyil! Siz deyin, buna nə ad vermək olar???”
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, azxeber.com qeyd edilən şikayətlərlə bağlı "Araz" Supermarketlər şəbəkəsinə müraciət edib.
"Araz” supermarketlər şəbəkəsinin rəsmi nümayəndəsinin açıqlamasında bildirilir:
"Müştərimizin alış-veriş qəbzindəki QR kodun oxunmaması ilə bağlı şikayətinə əsasən tərəfimizdən araşdırma başladılıb. Bütün mağazalarımızda çek printerlərə baxış keçirilir. Çatışmazlıq olan printerlər dərhal dəyişdiriləcək. Vergi Məcəlləsinin tələb etdiyi qaydalara əsasən alıcılar alış-verişdən sonra əldə etdikləri qəbzin üzərində olan fiscal İD və ya QR kodu edvgerial.az portalına daxil edərək keşbek qazanırlar. Bəzi şərhlərdə qeyd edilən ƏDV-nin yüklənmədiyi halda marketə mənfəət olaraq geri qayıtması fikri həqiqətə uyğun deyil.
Biz müştərilərimizin xidmət və məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayır, onları narahat edən məqamlarla bağlı bizi məlumatlandırdıqları üçün təşəkkür edirik. Mağazalarımızda qarşılaşdığınız istənilən problemlə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşmağınızı xahiş edirik”.
Cəmiyyət
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
- Xankəndidə ev almaq mümkündür?
- Bu avtobuslarda gediş haqqı dəyişdi - Yeni qiymət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 939 dəfə oxunub
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 938 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 923 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 910 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 906 dəfə oxunub