Xəbər verdiyimiz kimi, Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Digər tərəfdən, Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər.
Bəs bu təlimlərdən sonra hər hansısa bir müharibə gözlənilirmi?
Ehtiyatda olan polkovnik Şair Ramaldanov AZXEBER.COM-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O deyib ki, bu müharibə anonsu deyil:
"Bu, bir müharibə mesajı deyil. Bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işidir. Müdafiə Nazirliyi ilə mütəmadi olaraq hərbi vəzifəlilər təlimlərə cəlb edilir. Bu, həmişə belə olub. Bu da onlardan biridir. Əgər elə bir ciddi bir şey olarsa, onda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən əmr veriləcək. Hazırki isə planlı bir təlimdir. Bizim hərbi vəzifəlilər sabah müharibə olanda bilməlidir ki, nə etmək lazımdır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub