"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Belə ki, 10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 21:25-də çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub