Zərdab rayonunda 12 yaşlı uşaq su kanalında batıb.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gəlmə kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.
Belə ki, 12 yaşlı Eyvazov Nihat Rafael oğlu dayısı ilə həmin kanala çimməyə gedib. Çimərkən suda boğulan Nihatı dayısı xilas etməyə çalışsa da, buna nail ola bilməyib və uşaq anidən batıb.
Nihat Eyvazovun tapılması məqsədilə əraziyə FHN-in Sularda Xilasetmə Dəstəsinin Dalğıc Qrupu çağırılıb. Uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub