Teleqram sosial şəbəkəsində pornoqrafik səhifə yaradan və səhifəsinə reklam yerləşdirərək gəlir əldə edən gəncə cinayət işi açılıb.
Mynews.az “qafqazinfo”ya istinadla xəbər verir ki, Ağcabədi rayon sakini, 2002-ci il təvəllüdlü A.Babayev (şərti) Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bakı Dövlət Universitetinin tələbəsi olan A.Babayev barəsində toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 2 min manat cərimə cəzasına məhkum edilib.
Araşdırmalar zamanı məlum olub ki, tələbə sosial şəbəkələrdən topladığı və əsasən azrabaycanlılara məxsus olduğu bildirilən pornoqrafik görüntüləri 2022-ci ilin avqustundan etibarən teleqramda yaratdığı “****18+” səhifəsində yerləşdirərək izləyici toplamağa başlayıb. Səhifənin ümumilikdə 27 min izləyicisi olub və o, səhifəyə xarici mərc oyunları saytının reklamını yerləşdirərək 300 manat gəlir əldə edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub