Mauro İkardinin həyat yoldaşı Vanda Nara xəstəliyi səbəbiylə xəstəxanaya yerləşdirilib.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı jurnalist Xorxe Lanata Naranın leykoz xəstəsi olduğunu iddia edib.
Vanda Nara sosial şəbəkədə bu iddiaya cavab verib.
Wanda Naranın tam açıqlamasını təqdim edirik:
"Bir neçə güünümü özüm üçün ayırdım, qarşınızdayam və baş verənləri sizə danışmaq istəyirəm.
"Çərşənbə günü ildə bir dəfə olduğu kimi adi müayinələrdən keçməyə qərar verdim. Bəzi dəyərlər aşağı idi və mən xəstəxanaya yerləşdirilməyə qərar verdim. Cümə axşamı başqa bir klinikaya getdim və daha çox testlər etdirdim. Bütün analar kimi mən də qorxu və narahatlıqlarımı övladlarımdan gizlətməyə çalışdım, xüsusən də hələ dəqiq diaqnoz qoyulmayıb. Təəssüf ki, cümə günü bir jurnalist elan etdi ki, mənim belə təsdiqini almadığım bir xəstəliyim var. Testlərimdən 24 saat belə keçməyib. Övladlarım həmişə məndən hər şeyi öyrəniblər və bu hal da istisna olmazdı. Amma mən bunu əlimdə getdikcə daha dəqiq nəticələrlə etmək istərdim. Ailəmə və mənə olan sevginiz üçün təşəkkür edirəm. Mən hazırda evdəyəm, test nəticələrini gözləyirəm və həkimlərin göstərişlərinə əməl edirəm. Xüsusilə də övladlarımı qorumaq üçün bunu məxfi saxlayacağam”.