Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər məscidinə aparılıb.
"Report" xəbər verir ki, hazırda mərhumun ailə üzvləri, yaxınları, millət vəkilləri və bir sıra ictimaiyyət nümayəndələri ora toplaşıblar.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
***21:33
Baku TV millət vəkili Qənirə Paşayevanın vəfat etdiyi Mərkəzi Klinikadan canlı yayıma çıxıb.
Qeyd edək ki, Tovuzun Düz Qırıqlı kəndində anadan olan Qənirə Paşayeva bir vaxtlar ANS televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. O, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. Mərhum Qənirə Paşayeva həm də Gürcüstanın fəxri vətəndaşı idi.
***20:15
Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Allah rəhmət eləsin!
VİDEO
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub