Nazrilər Kabinetinin qərarı ilə 8-12 noyabr tarixləri qeyri-iş günü olduğundan "Bakı "Metropoliteni" QSC-nin iş rejimində də müvafiq dəyişikliklər edilib.
Mynews.az xəbər verir ki, bunu "Report”a səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
Bununla belə, onun sözlərinə görə, 8 noyabr - "Zəfər günü”ndə qatarların hərəkət intervalı 2 dəqiqə olacaq: "Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin, "Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1090 dəfə oxunub
2
Nazirlik aktyora 657 min manat ödəyəcək
1083 dəfə oxunub
3
Prezident tarixi sənədi imzaladı – VIDEO
1060 dəfə oxunub
4
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
1041 dəfə oxunub
5
Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı
1037 dəfə oxunub