Neftçalada tanınmış rəssam Nurəddin Nəzərov yol qəzası səbəbindən dünyasını dəyişib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib.
Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və "kuza"da olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub