Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən İkinci Üzüm və Şərab Festivalı başa çatıb.
Mynews.az xəbər verir ki, 25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib.
Festivalda dequstasiya imkanı yaradılıb həmçinjn 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.
İlk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir.
Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan "Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.
Hazırda ölkəmizdə yerli üzüm sortları ilə yanaşı, dünya miqyasında tanınan üzüm sortları yetişdirilir. Ökəmizdə Gəncə-Qazax, Qarabağ, Şirvan və Qafqaz dağətəyi, Abşeron və Lənkəran-Astara bölgəsində üzümçülüyün tarixən inkişafı şərabçlığın da inkişafına təkan verib.
Həmin festivaldan fotoları təqdim edirik:





























1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub