Şəhid anası kirayədə övladının il mərasimini necə keçirəcəyini düşünür…

558
Şəhid anası kirayədə övladının il mərasimini necə keçirəcəyini düşünür…
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri 
 
 
Əziz günlərdə hər birimizin borcu şəhid ailələrini yad etməkdi.Bu bayram günlərində iki şəhid ailəsi ilə əlaqə saxladım. Bayramlarını təbrik etdim. Bilirdim ki, hər iki ailənin mənzil problemləri var.
 
Şəhid Cabbarxan Hacıağayev Fizuli istiqamətində qoşunların təmas xəttində 2016-cı il aprelin 3-də, şəhid Əlizamin İslamov isə Tərtər istiqamətində 2016-cı il aprelin 6-da həlak olublar. Cabbarxan Hacıağayevin valideynləri kirayədə yaşayırlar. İl gəlib çatsada Yasamal Rayon İcra Hakimiyyətindən mənzillə bağlı verilən söz hələ yerinə yetirilməyib.
 
Ailənin yeganə övladı olan Əlizamin İslamovun anasının evinin təmiri isə hələ də başa çatmayıb.
 
Hürnisə Kərimova deyir ki, SOCAR rəhbərliyi gəlib 8 kvm-lik yerdə bütün qışı necə keçindiyim ilə bir maraqlanaydı. Havalar soyuq keçdiyindən hələdə donuram. Aidiyyəti qurumlar , Sabunçu Rayon İcra Hakimiyyəti kombi məsələsini və təmirin başa çatdırılmasını bir-birinin üzərinə atırlar. Oğlumun adına Tramvaynaya küçəsinin verilməsini çox istərdim.
 
Bu faktları eşitdikcə çox utandım.Ona görə ki, dövlətimiz kasıb deyil.Vətən uğrunda canlarını fəda verən qəhrəmanların ailələrini hər cür qayğı ilə əhatə edə bilər və edirdə.
 
Buna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse -prezident xanım Mehriban Əliyevanın timsalında dəfələrlə şahid olduq. Amma məmurların şəhid ailələrinin problemlərinin həllində biganəlik göstərməsi və narazılıq yaratmaları əslində ölkənin birinci şəxslərinin əmr və göstərişlərinin yerinə yetirilməməsi anlamına gəlir. Şəhidlərimizin aprel ayında il mərasimləridi.
Onlar vətən uğrunda canlarından keçdilər ki, bir qarış torpağımız azad olunsun. İndi şəhid Cabbarxan Hacıağayevin il mərasiminin yenə də kirayə evdə, şəhid Əlizamin İslamovun anasının tək damın altında soyuqda, hələ ki, şəraitsiz evdə verəcəyi il mərasimi də düşündürür. Bu misallar gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə mənfi təsir göstərir.
 
Doğrudanmı vətən yolunda həlak olanların ailələri qayğıdan kənar qalmalıdı? Axı hər kəsin, xüsusilə məmurların bir nömrəli işi belə ailələrə qayğıların göstərilməsidi.Onlar niyə küçə adlarının verilməsi, mənzil, kombi, mebel və s. məsələlərlə bağlı günlərlə qapılar döyməlidilər?
 
Axı onların övladları məhz həmin məmurlarında məqamlarında rahat oturmaları üçün də canlarından keçdilər…

 

Xəbər lenti