Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, razılaşmaya uyğun olaraq Ermənistanda həbsdə olan Bəbirov Aqşin və Axundov Hüseyn azad olunur.
Azxeber.com mövzuyla bağlı Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb. O sevinc gözyaşları içində deyib:
"Sevincimdən göylərdə uçuram. Cənab Prezidentimizin əlindən-ayağından öpürəm. Bizim balalarımızı bizə qovuşdurdu, bizə sürpriz etdi. Ona ömrümün axırına qədər minnətdaram. Bu xəbəri eşidəndən ağlayıram. Deməyə söz tapmıram. Çox sağolun".
Xatırladaq ki, bu ilin aprelində Naxçıvan MR-in Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu (2004) və Axundov Hüseyn Əhliman oğlu (2003) Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan H. Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib. Mayın 8-i A. Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub