Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.
Mynews.az xəbər verir ki, bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.
Bildirilib ki, hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.
Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.
O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli "Report"a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib. Zığ şossesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hyundai” markalı minik avtomobili toqquşub: “Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub