Bu gündən qadınların pensiya yaşı artırılıb. Yeni tələbə əsasən, qadınların yaşa görə pensiyaya çıxa bilməsi üçün yaş həddi 64 olmalıdır.
Mynews.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə, 2024-cü ilin iyulun 1-dən qadınların yaşı 64 olduqda yaşa görə pensiyaya çıxmaq hüququ qazanırlar.
Adıçəkilən qanunda qeyd edilir ki, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-cı ilin iyulun 1-nə qədər qadınların pensiya yaşı hər il 6 ay artırılır. 2017-ci ildə qadınlar 60 il 6 ayında pensiyaya çıxırdı. Ötən müddətdə qadınların pensiya yaşı üç il altı ay artırılıb.
Qadınların pensiyaya çıxma yaşı 2025-ci ilin iyulun 1-də 64 il 6 aya, 2026-cı ilin iyulun 1-dən sonrakı bir il ərzində isə tədricən 65 yaşa çatacaq.
Qadınların pensiya yaşının artırılması yaşa görə pensiya çıxanların sayının artım sürətini azaldır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub