“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək tamaşaçılara xüsusi diqqətimiz olacaq.
Mynews.az SalamNews-a istinadən xəbərinə görə, bunu Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.
O deyib ki, biz istəyirik ki, oyunlar vaxtı dini əqidəsindən asılı olmayarq bütün tamaşaçılara diqqət yetirək: "Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Açılış vaxtı stadiona gələcək tamaşaçıların qidalanması, ibadəti, o cümlədən onların rahatlığını təmin etmək üçün nəqliyyatın təşkil edilməsi nəzərdə tutulub".
Səfərov vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da biletlərin açılış qiyməti 20-200 manat arasında dəyişir. Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Bu günə kimi 20 min bilet satılıb. Hazırda da bilet satışı davam edir.
Qeyd edək ki, biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən 12 bilet satışı məntəqələrindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub