Azərbaycanın sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkdadır. Etibarlı mənbənin verdiyi məlumata görə, orda öz biznesi ilə məşğuldur. Məlumatda o da deyilir ki, böyük restoranlar şəbəkəsinə malik olan sabiq nazir Nyu-Yorkun ən məşhur küçələrində və Böyük Britaniyanın müxtəlif bölgələrində kifayət qədər böyük mülklərə sahibdir. Xatırladaq ki, bu günlərdə də qazaxıstanlı bloger Madina Su Nyu-Yorkun məşhur 5-ci prospektində (New York, Avenue 5) doğum günü videosunu çəkərkən, təsadüfən Azərbaycanın keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev də olub. Manset.az məsələ ilə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Sabiq nazir yayılan görüntülərə görə bərk əsəbləşib: "Yayılan videodan məlumatım var. Boş-boş şeylərdi yazırlar. Mən hazırda Böyük Britaniyadayam. Kimin haqqımda nə yazması məni qəti maraqlandırmır".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub