Pensiyalar 280 manat olacaq - içməsən, çəkməsən, yeməsən...

161
Pensiyalar 280 manat olacaq - içməsən, çəkməsən, yeməsən...

 Mynews.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib ki, gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan 280 manata artırılması nəzərdə tutulur. Pensiya həddi ilə sosial təminat xərcləri üst-üstə düşürmü? 

Araşdırmalardan bəlli olur ki, rəsmi statiskaya görə 2024-cü ilin minimum yaşayış norması əməkqabiliyyətli əhali üçün 287, uşaqlar üçün isə 235 manat məbləğində müəyyən edilib. 

Ölkə qanunvericiliyinə görə, 4 nəfərlik ailənin yaşayışı üçün aylıq minimum 1044 manat lazımdır. Bu ailənin kirayədə yaşadığını nəzərdə alanda isə məbləğ dəyişir.

Yaşayış minimumuna görə, 4 nəfərlik ailə üçün mənzilin ümumi sahəsi 48 kvadratmetr olmalıdır. Paytaxtda bu sahədə evlərin kirayə qiymətləri 500 manatdan başlayır. Beləliklə, Bakıda 4 nəfərdən ibarət kirayədə yaşayan ailənin aylıq gəliri ən azı 1544 manat olmalıdır.

Qeyd edək ki, yaşayış minimumu əhalinin yaşayış qabiliyyətini saxlaması üçün, yəni ölməmək üçün gərəkli olan normadır. Bu isə bu gün bazarda qiymət dəyişməsinə uyğun olaraq dəyişib. Yəni ki, pensiya 280 AZN olarsa çəkməsən, içməsən və ət, balıq məhsullarından istifadə etməsən bəs edər...

Hörmətli deputatlarımızın dediyi kimi; "Çörəyin qiyməti qalxıbsa balıq əti yeyin"

Xəbər lenti