Mynews.az xəbər verir ki, "Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.
Universitetdən redaksiyamıza verilən məlumata görə Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub. Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.
Məlumat üçün bildiririk ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.
İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.
"Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub