Xəbər verdiyimiz kimi, sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.
Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mənzil verilən sabiq deputatlardan biri Etibar Əliyevdir.
Ona Nizami rayonunda 3 otaqlı mənzil təqdim edilib. Sabiq deputat "Qaynarinfo"ya açıqlamasında prezident İlham Əliyevə təşəkkür edib:
"1991-ci ildən Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində gənc mütəxəssis kimi çalışanda mənzil növbəsində dayanmışdım. Mənə Qaraçuxur qəsəbəsində 9-cu mərtəbədə iki otaqlı mənzil verildi. Deputat seçilənə kimi həmin evdə yaşadım. İki övladım var, oğlumun özünə ipoteka ilə mənzil alıb. Onun kreditlərini bu yaxınlarda bağlamışıq. Mən böyük kitabxana sahibiyəm. Balkonlarım, yaşadığım iki ortaqlı mənzilimin bir otağı kitabla dolub".
Etibar Əliyev evi dar olduğu üçün Prezidentə müraciət etdiyini bildirib: "Prezident mənim müraciətimi nəzərə alıb və Nizami rayonunda 3 otaqlı mənzillə təmin olundum. İndi kitabxanamı daha da genişləndirmişəm. Prezidentə təşəkkür edirəm".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub