Bir neçə gündür ki, bölgələrdə süd məhsullarının qiyməti artıb.
Mynews.az xəbər verir ki, hazırda südün litri 1 manata təklif olunur. Bir həftə əvvəl südün bir litri 70-80 qəpiyə satılırdı.
Bundan əlavə, şorun da qiymətində 20-30 qəpik artım müşahidə olunur. Hazırda şorun bir kiloqramı 1 manat, kənd pendirinin isə bir kilosu 6-7 manata satılır.
Nehrə yağının da qiyməti kəskin artıb. 13-15 manata təklif olunan nehrə yağı hazırda bəzi bölgələrdə 17 manata satılır.
Kənd yumurtasının da qiyməti qalxıb. Noyabr ayının əvvəlində 17-18 qəpiyə təklif olunan yumurtanın bir ədədi 35 qəpikdir.
Kənd sakinləri bunun səbəbini yemin qiymətinin artması ilə əlaqələndirib. Sakinlərin sözlərinə görə, dekabr ayının ikinci ongünlüyündə kənd yumurtasına və südə olan təlabat artığından yenidən bahalaşma gözlənilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub