Noyabrın 28-29-da Yer kürəsində iki fərqli maqnit qasırğası qeydə alınıb. Noyabrın 28-də gecə G1 (zəif) səviyyəli, noyabrın 29-da isə daha güclü G2 səviyyəli maqnit qasırğası baş verib. Bu aktivliklər bir çox insanlarda narahatlıq yaratsa da, ekspertlər dekabr ayında geomaqnit vəziyyətin ümumən sabit qalacağını bildirirlər.
Mynews.az bildirir ki, dekabr ayının ilk günlərində, xüsusilə ayın 1-dən 10-na qədər Yerin maqnit sahəsinin sakit olacağı gözlənilir. Bununla yanaşı, hər hansı aktivliyin baş vermə ehtimalı hazırda minimaldır.
Maqnit qasırğaları, xüsusilə, meteohəssas insanlar və xroniki xəstəlikləri olanlar üçün təsirli ola bilər. Ürək-damar sistemi problemləri, baş ağrıları və yuxusuzluq kimi hallarla qarşılaşan insanlar bu dövrlərdə sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Mütəxəssislər bol maye qəbulu, sağlam qidalanma və stressdən uzaq durmağı tövsiyə edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub