İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq internet platformalarından nəinki ünsiyyət və əyləncə üçün, eyni zamanda, iş, alış-veriş, hətta qazanc məqsədi ilə də istifadə etmək mümkündür. Lakin sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, olduqca ciddi problemlər yarada bilən mənfi təsirləri də az deyil.
Bəs uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qorumaq olar?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, texnologiya və sosial şəbəkələr uşaqların diqqətini dağıdır, mənfi təsirlərə məruz qalma ehtimalını artırır və təhsilə olan marağını azaldır.
Onun sözlərinə görə, məktəblərdə və evdə şagirdlərin telefon və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq lazımdır:
"Dərs zamanı telefonlardan istifadəyə tam qadağa qoyulmalıdır. Valideynlər evdə sosial media istifadəsini nəzarətə götürməli və vaxt limiti tətbiq etməlidir. Şagirdlər asudə vaxtlarını kitab oxumağa, idmana və digər faydalı fəaliyyətlərə yönəltməlidirlər. Şagirdlərin sağlam zehni inkişafı üçün onları real həyatın dəyərləri ilə tanış etməli və texnologiyanın deyil, bilik və bacarıqların önəmini aşılamalıyıq. Unutmayaq ki, gələcəyimiz onların əlindədir".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub