Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Mynews.az xəbər verir ki, bu barədə "Azərişıq"ASC-dən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Saat 09:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində və Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Həmçinin, Abşeron RETSİ-yə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Quşçuluq massivinin bir hisəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub