Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Mynews.az bildirir ki, 18 yaşı tamam olmuş şəxslər artıq onlayn şəkildə müraciət edərək ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahları əldə edə biləcək.
Yeni sistemin məqsədi ölkədə silah satışı və qeydiyyatında şəfaflığı təmin etməkdir. Yenilik vətəndaşlara daha sürətli xidmətin göstərilməsini hədəfləyir.
Ekspertlər isə deyir ki, silahın elektron qaydada satılması o anlama gəlmir ki cinayətkarlıq artacaq. Əksinə yeni üsulla silahı əldə edən şəxs ciddi araşdırılıacaq və mənfi halların yaranması mümkün olmayacaq. Bununla da təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan yaranacaq.
Vətəndaş qeydiyyatda olduğu ünvanı dəyişərsə onda silahın olması barədə həm köhnə, həm də yeni ərazi üzrə polis orqanına məlumat verməlidir. (Xəzər Tv)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub